Network Connection (Şəbəkə Əlaqəsi) Hesabatı üçün Nasazlıqların aradan qaldırılması

Ethernet əlaqəsi üçün

Wi-Fi Əlaqəsi

Şəbəkənizin statusunu və ya əlaqə problemlərini necə həll etməli

  1. Çap etdiyiniz Network Connection (Şəbəkə Əlaqəsi) Hesabatına baxın. A-dakı (Check Network Connection (Şəbəkə Əlaqəsini Yoxla)), statusun FAIL (SƏHV) göstərdiyi elementləri yoxlayın.
  2. Elementləri Yoxla siyahısında, həll yollarını görmək üçün FAIL (SƏHV) göstərən elementlərə klikləyin.
  3. B-də göstərilən mesajı yoxlayın və hər Bəndi Yoxla altında eyni mesaj üçün baxın. Daha sonra həll yollarını izləyin.
B-dəki * olan mesajlar haqqında ətraflı məlumat üçün "Şəbəkə mühitiniz haqqında" baxın.


Elementləri Yoxla

Mesajlar və həll yollarına getmək üçün aşağıdakı elementlərə klikləyin.
  1. Wireless Network Name (SSID) Check (Simsiz Şəbəkə Adının (SSID) Yoxlanması)
  2. Communication Mode Check (Kommunikasiya Rejiminin Yoxlanması)
  3. Security Mode Check (Təhlükəsizlik Rejiminin Yoxlanması)
  4. MAC Address Filtering Check (MAC Ünvanının Filtrləməsinin Yoxlanması)
  5. Security Key/Password Check (Təhlükəsizlik Açarı/Şifrəsinin Yoxlanması)
  6. IP Address Check (IP Ünvanının Yoxlanması)
  7. Detailed IP Setup Check (Ətraflı IP Quraşdırmasının Yoxlanması)


Yoxlama elementləri üçün mesajlar və həll yolları


1. Wireless Network Name (SSID) Check (Simsiz Şəbəkə Adının (SSID) Yoxlanması)

Yox. Mesajlar Həllər
1 No wireless network names (SSID) found. (Heç bir simsiz şəbəkə adı (SSID) tapılmadı.) Confirm that the router/access point is turned on and the wireless network (SSID) is set up correctly. (Yönəldici/giriş nöqtəsinin yanılı olmasını və simsiz şəbəkənin (SSID) düzgün quraşdırılmasını təsdiqləyin.) Contact your network administrator for assistance. (Kömək üçün şəbəkə inzibatçınıza müraciət edin.)
  • Giriş nöqtəsinin yanılı olmasını yoxlayın. Sönülüdürsə, onu yandırın və daha sonra şəbəkə quraşdırmasını yenidən icra edin.
  • Printerinizi giriş nöqtəsinə yaxın yerə yerləşdirin.
  • Əgər simsiz şəbəkə adını (SSID) əllə daxil etmisinizsə, simsiz şəbəkə adının (SSID) düzgün olub-olmamasını təsdiqləyin. Əgər səhvdirsə, yenidən daxil edin. Simsiz şəbəkə adınız (SSID) Şəbəkə Adı (SSID) altında C-də (Network Status (Şəbəkə Statusu)) göstərilir.
  • Əgər şəbəkəni WPS istifadə edərək quraşdırmısınızsa, giriş nöqtənizin WPS dəstəkləyib-dəstəkləməməsini təsdiqləyin.
  • Əgər Ad Hoc əlaqəsi quraşdırmaq istəyirsinizsə, əvvəlcə PC üçün Ad Hoc quraşdırın. PC üçün Ad Hoc quraşdırmasını edin və daha sonra yenidən printeriniz üçün şəbəkə quraşdırmasını edin.
2 No wireless network names (SSID) found. (Heç bir simsiz şəbəkə adı (SSID) tapılmadı.) Confirm that the wireless network name (SSID) of the PC you wish to connect is set up correctly. (Qoşmaq istədiyiniz PC-nin simsiz şəbəkə adının (SSID) düzgün quraşdırıldığını təsdiqləyin.) Contact your network administrator for assistance. (Kömək üçün şəbəkə inzibatçınıza müraciət edin.)
  • Qoşmaq istədiyiniz PC-nin yanılı olmasını yoxlayın. Sönülüdürsə, onu yandırın və printeriniz üçün şəbəkə quraşdırmasını yenidən icra edin.
  • Printerinizi qoşulmaq istədiyiniz PC-nin yanında yerləşdirin.
Yuxarıdakı mesajlar, şəbəkə quraşdırması zamanı seçilmiş və ya daxil edilmiş simsiz şəbəkə adı (SSID) tapılmadıqda göstərilir.
SSID sizin Wi-Fi şəbəkənizin adıdır. Əgər giriş nöqtəsindən istifadə edirsinizsə, sizin şəbəkənizin artıq giriş nöqtəsi quraşdırılan zaman təyin edilmiş bir adı var.
Əgər printerinizi və PC-ni giriş nöqtəsi olmadan birbaşa qoşmaq istəyirsinizsə (Ad Hoc əlaqəsi), PC-niz üçün Ad Hoc şəbəkəsi quraşdırmalısınız. Bu halda siz PC-nizdə SSID yaratmalısınız.
Əgər SSID-ni bilmirsinizsə, sizə şəbəkənizi quraşdıran şəxs və ya şirkətlə əlaqə saxlamağı tövsiyyə edirik.
Həmçinin, quraşdırma zamanı printerinizi giriş nöqtəsinə (və ya PC-ə) yaxın yerləşdirməlisiniz ki, printer giriş nöqtəsi və ya PC-dən aydın siqnal ala bilsin.

Yuxarı

2. Communication Mode Check (Kommunikasiya Rejiminin Yoxlanması)

Yox. Mesajlar Həllər
3 Wi-Fi communication mode (IEEE802.11*) does not match the current setting of the printer. (Wi-Fi qoşulması rejimi (IEEE802.11*) printerin mövcud parametrləri ilə uyğun gəlmir.) Set the same communication mode to the printer, router/access point, and PC. (Eyni qoşulma rejimini printerə, yönəldirici/giriş nöqtəsi və PC-yə də sazlayın.) Contact your network administrator for assistance. (Kömək üçün şəbəkə inzibatçınıza müraciət edin.)

*Görünüş sizin yerinizə görə dəyişir.
  • Giriş nöqtəniz üçün sazlanan Wi-Fi qoşulma rejiminin printer tərəfindən dəstəklənən olmasına diqqət yetirin.
Bu mesaj Wi-Fi qoşulma rejimi giriş nöqtəsi üçün sazlandığında və PC printer tərəfindən dəstəklənmədikdə göstərilir.

Yuxarı

3. Security Mode Check (Təhlükəsizlik Rejiminin Yoxlanması)

Yox. Mesajlar Həllər
4 Security mode (e.g. WEP, WPA) does not match the current setting of the printer. (Təhlükəsizlik rejimi (məs. WEP, WPA) printerin mövcud parametrləri ilə uyğun gəlmir.) Confirm security mode. (Təhlükəsizlik rejimini təsdiqləyin.) Contact your network administrator for assistance. (Kömək üçün şəbəkə inzibatçınıza müraciət edin.) Giriş nöqtəsinin aşağıdakı təhlükəsizlik rejimlərindən birindən istifadə etdiyini təsdiqləyin. Əgər etmirsə, şəbəkə quraşdırmasını yenidən icra edin və onu dəstəklənən təhlükəsizlik rejiminə dəyişin.
  • WEP-64bit (40bit)
  • WEP-128bit (104bit)
  • WPA PSK (TKIP)
  • WPA2 PSK (TKIP)
  • WPA PSK (AES)
  • WPA2 PSK (AES)
  • WPA (TKIP/AES)
  • WPA2 (TKIP/AES)
Bu mesaj şəbəkə cihazları üçün sazlanan təhlükəsizlik rejimləri printer tərəfindən dəstəklənmədikdə vəya printerin təhlükəsizlik rejimi ilə uyğun olmadıqda göstərilir.
Şəbəkə cihazları üçün gücünə və şifrləmə üsuluna görə müxtəlif təhlükəsizlik növləri var.
Dəstəklənən təhlükəsizlik rejimləri şəbəkə cihazından asılı olaraq dəyişə bilər. Qoşulmağa icazə vermək üçün şəbəkə cihazı və printer arasında eyni təhlükəsizlik rejimi sazlanmalıdır.

Yuxarı

4. MAC Address Filtering Check (MAC Ünvanının Filtrləməsinin Yoxlanması)

Yox. Mesajlar Həllər
5 MAC address of your printer may be filtered. (Printerinizin MAC ünvanı filtrlənmiş ola bilər.) Check whether your router/access point has restrictions such as MAC address filtering. (Yönəldicinizdə/giriş nöqtənizdə MAC ünvanı filtrləməsi kimi məhdudlaşdırma olmasını yoxlayın.)
See the documentation of the router/access point or contact your network administrator for assistance. (Yönəldicinizin/giriş nöqtənizin sənədləşməsinə baxın və ya kömək üçün şəbəkə inzibatçınızla əlaqə qurun.)
  • MAC ünvanı filtrləmə funksiyası haqqında daha ətraflı məlumat üçün giriş nöqtənizlə birgə verilən istifadə kitabçasına baxın. Əgər filtrləmə funksiyası aktivdirsə, printerinizin filtrlənməsinin qarşısını almaq üçün printerinizin MAC ünvanını qeydiyyatdan keçirin.
  • Əgər ortaq əsillik yoxlamasını aktivləşdirmək üçün giriş nöqtəsi üçün WEP təhlükəsizlik rejimindən istifadə etmisinizsə, əsillik yoxlama açarı və indeksin düzgün olmasını təsdiqləyin.
Bu mesaj MAC ünvanı filtrləməsi aktiv olduqda və printerin MAC ünvanı giriş nöqtəsində qeydiyyatdan keçirilmədikdə göstərilir.
MAC ünvan fərdi şəbəkə cihazlarını eyniləşdirilməsi üçün istifadə edilən eyniləşdirmə nömrəsidir.
Giriş nöqtəsinin MAC ünvanına görə cihaza şəbəkəyə qoşulma icazəsi verən və ya qadağan edən funksiyası var.
Əgər bu funksiya aktivdirsə, ancaq MAC ünvanı qeydiyyatdan keçirilmiş şəbəkə cihazları şəbəkəyə qoşula bilər.

Yuxarı

5. Security Key/Password Check (Təhlükəsizlik Açarı/Şifrəsinin Yoxlanması)

Yox. Mesajlar Həllər
6 Entered security key/password does not match the one set for your router/access point. (Daxil edilmiş təhlükəsizlik açarı/şifrə yönəldici/giriş nöqtəsi üçün təyin edilənlə uyğun deyil.) Confirm security key/password. (Təhlükəsizlik açarı/şifrəni təsdiqləyin.) Contact your network administrator for assistance. (Kömək üçün şəbəkə inzibatçınıza müraciət edin.) Giriş nöqtəsi üçün sazlanmış təhlükəsizlik açarı və daxil edilmiş təhlükəsizlik açarı uyğun gəlmir. Düzgün təhlükəsizlik açarından istifadə edərək şəbəkəni yenidən sazlayın. Təhlükəsizlik açarında registr nəzərə alınır.
Bu mesaj daxil edilmiş təhlükəsizlik açarı və giriş nöqtəsi üçün sazlanmış açar uyğun olmadıqda göstərilir.
Təhlükəsizlik açarı (şifrə) şəbəkəyə qoşulmaq üçün lazımdır.
Təhlükəsizlik açarında registr nəzərə alınır. Əgər daxil edilmiş açar qeydiyyatdan keçirilmiş açarla uyğun olmazsa, qoşulma baş tutmayacaq.

Yuxarı

6. IP Address Check (IP Ünvanının Yoxlanması)

Yox. Mesajlar Həllər
7 Incorrect IP address is assigned to the printer. (Printerə səhv IP təyin edilib.) Confirm IP address setup of the network device (hub, router, or access point). (Şəbəkə cihazının IP ünvanını təsdiqləyin (birləşdirici, yönləndirici və ya giriş nöqtəsi).) Contact your network administrator for assistance. (Kömək üçün şəbəkə inzibatçınıza müraciət edin.)
  • Giriş nöqtəsi üçün DHCP funksiyasının aktiv və ya qeyri-aktiv olmasını yoxlayın. Əgər qeyri-aktiv edilibsə, aktivləşdirin.
  • Əgər IP ünvanını əllə sazlamısınızsa, IP ünvanı dəstəklənən diapazondan kənardadır (səhvdir). Düzgün IP ünvanını daxil edin.
Yuxarı

7. Detailed IP Setup Check (Ətraflı IP Quraşdırmasının Yoxlanması)

Yox. Mesajlar Həllər
8 Confirm the connection and network setup of the PC or other device. (Qoşulmanı və PC və ya digər cihazın şəbəkə quraşdırmasını təsdiqləyin.)
Connection using the EpsonNet Setup is available. (EpsonNet Setup-dan istifadə edərək qoşulma mümkündür.)
Contact your network administrator for assistance. (Kömək üçün şəbəkə inzibatçınıza müraciət edin.)
  1. Aşağıdakıları yoxlayın:
    • PC kimi printerə qoşulmaq istəyən cihazlar üçün enerjinin açıq olduğunu təsdiqləyin.
    • PC kimi printerə qoşulmaq istəyən cihazların eyni şəbəkədə olduğunu təsdiqləyin.
  2. Əgər yuxarıdakı elementləri yoxlamısınızsa, EpsonNet Setup-dan istifadə edərək şəbəkə quraşdırmasını icra edin.
9 Confirm IP address, subnet mask, and default gateway setup. (IP ünvanı, altşəbəkə şablonu və susmaya görə şlüz quraşdırmasını təsdiqləyin.)
Connection using the EpsonNet Setup is available. (EpsonNet Setup-dan istifadə edərək qoşulma mümkündür.)
Contact your network administrator for assistance. (Kömək üçün şəbəkə inzibatçınıza müraciət edin.)
  1. Aşağıdakıları yoxlayın:
    • Şəbəkədəki digər cihazlar yandırılıb
    • Printer üçün əllə təyin edilən şəbəkə ünvanı düzgündür
    • Printer üçün şəbəkə ünvanı digər cihazlar üçün olan ilə eynidir
  2. Əgər şəbəkə ünvanı səhvdirsə, printerin LCD panelindən istifadə edərək düzgün ünvanı təyin edin.
    Əgər printerinizdən istifadə edərək paramterləri dəyişdirə bilməsəniz, EpsonNet Setup-dan istifadə edərək parametrləri sazlayın.
    Sizin mövcud IP ünvanınız, altşəbəkə şablonu və susmaya görə şlüz C-də (Network Status (Şəbəkə Statusunda)) göstərilir.
10 Setup is incomplete. (Quraşdırma natamamdır.) Confirm default gateway setup. (Susmaya görə şlüz quraşdırmasını təsdiqləyin.)
Connection using the EpsonNet Setup is available. (EpsonNet Setup-dan istifadə edərək qoşulma mümkündür.)
Contact your network administrator for assistance. (Kömək üçün şəbəkə inzibatçınıza müraciət edin.)
  1. Aşağıdakıları yoxlayın:
    • Printer üçün əllə təyin edilən susmaya görə şlüz ünvanı düzgündür
    • Susmaya görə şlüz olaraq müəyyən edilən cihaz yandırılıb
  2. Əgər susmaya görə şlüz səhvdirsə, printerin LCD panelindən istifadə edərək düzgün ünvanı təyin edin.
    Əgər printerinizdən istifadə edərək paramterləri dəyişdirə bilməsəniz, EpsonNet Setup-dan istifadə edərək parametrləri sazlayın.
    Sizin mövcud susmaya görə şlüz ünvanınız Susmaya görə Şlüz altında C-də (Network Status (Şəbəkə Statusu)) göstərilib.
11 Confirm the following: (Aşağıdakıları təsdiqləyin:)
-Entered security key/password is correct (Daxil edilmiş təhlükəsizlik açarı/şifrə düzgündür)
-Index of the security key/password is set to the first number (Təhlükəsizlik açarının/şifrənin indeksi ilk rəqəmə sazlanıb)
-IP address, subnet mask, or default gateway setup is correct (IP ünvanı, altşəbəkə şablonu və ya susmaya görə şlüz quraşdırması düzgündür)
Contact your network administrator for assistance. (Kömək üçün şəbəkə inzibatçınıza müraciət edin.)
  1. Aşağıdakıları yoxlayın:
    • Şəbəkədəki digər cihazlar yandırılıb
    • Printer üçün əllə təyin edilən şəbəkə ünvanı düzgündür
    • Printer üçün şəbəkə ünvanı digər cihazlar üçün olan ilə eynidir
  2. Əgər siz yuxarıdakı elementlərin hamısını yoxlamısınızsa, aşağıdakıları sınayın:
    • Printerlə eyni şəbəkədən istifadə edən PC-də EpsonNet Setup başladın.
      Printeriniz printer siyahında varsa, IP ünvanı quraşdırma pəncərəsində printer üçün IP ünvanını təyin edin. Əgər printeriniz siyahıda yoxdursa, təhlükəsizlik açarı səhv ola bilər. Şəbəkə quraşdırmasını printerin LCD panelindən istifadə edərək icra edin və düzgün təhlükəsizlik açarını daxil edin.
    • WEP təhlükəsizlik rejimində giriş nöqtəsi üçün çoxlu təhlükəsizlik açarlarını qeydiyyatdan keçirə bilərsiniz. Əgər çoxlu açarlar qeydiyyatdan keçirilibsə, ilk daxil etdiyiniz açarın qeydiyyatdan keçirildiyini yoxlayın.
12 Confirm the following: (Aşağıdakıları təsdiqləyin:)
-Entered security key/password is correct (Daxil edilmiş təhlükəsizlik açarı/şifrə düzgündür)
-Index of the security key/password is set to the first number (Təhlükəsizlik açarının/şifrənin indeksi ilk rəqəmə sazlanıb)
-Connection and network setup of the PC or other device is correct (PC-nin və ya başqa cihazın qoşulması və şəbəkə quraşdırması düzgündür)
Contact your network administrator for assistance. (Kömək üçün şəbəkə inzibatçınıza müraciət edin.)
  1. Aşağıdakıları yoxlayın:
    • Modem, birləşdirici, və yönəldici kimi şəbəkə cihazları yanılıdır
    • Printerdən başqa şəbəkə cihazları üçün IP ünvanları əllə sazlanır (Əgər printer üçün IP ünvanı avtomatik olaraq, ancaq digər şəbəkə cihazları üçün əllə təyin edilibsə, printerin şəbəkəsi digər şəbəkə cihazlarından fərqli ola bilər)
  2. Əgər siz yuxarıdakı elementlərin hamısını yoxlamısınızsa, aşağıdakıları sınayın:
    • Printerlə eyni şəbəkədən istifadə edən PC-də EpsonNet Setup başladın.
      Printeriniz printer siyahında varsa, IP ünvanı quraşdırma pəncərəsində printer üçün IP ünvanını təyin edin. Əgər printeriniz siyahıda yoxdursa, təhlükəsizlik açarı səhv ola bilər. Şəbəkə quraşdırmasını printerin LCD panelindən istifadə edərək icra edin və düzgün təhlükəsizlik açarını daxil edin.
    • WEP təhlükəsizlik rejimində giriş nöqtəsi üçün çoxlu təhlükəsizlik açarlarını qeydiyyatdan keçirə bilərsiniz. Əgər çoxlu açarlar qeydiyyatdan keçirilibsə, ilk daxil etdiyiniz açarın qeydiyyatdan keçirildiyini yoxlayın.
Printerin IP ünvanını yoxlayın və şəbəkə printerinin şəbəkədəki digər cihazları gördüyündən əmin olun. Bəzi hallarda səhv müəyyən edilə bilmir. Şəbəkə quraşdırmasını EpsonNet Setup ilə həyata keçirməyinizi tövsiyyə edirik.

Şəbəkə ünvanları haqqında:
IP ünvanı sadəcə şəbəkəyə qoşulu olan PC, birləşdirici və yönəldici kimi cihazları deyil, həm də aid olduqları şəbəkə diapazonunu göstərir. Eyni şəbəkədəki cihazlar bir-birləri ilə əlaqə qura bilər. Əgər fərqli şəbəkədəki cihazlarla əlaqə qurmaq istəyirsinizsə, yönəldici lazım olacaq. IP ünvanı iki hissədən ibarətdir. Birinci hissə "şəbəkə ünvanı" adlanır və şəbəkə diapazonunu göstərir. İkinci hissə "host ünvanı" adlanır və şəbəkə cihazını göstərir. Şəbəkə ünvanı və host ünvanı arasındakı xətt şəbəkənin miqyasına (sinfinə) görə dəyişir. Ancaq siz şəbəkə ünvanı və host ünvanı arasındakı xətti altşəbəkə şablonundan istifadə edərək müəyyən edə bilərsiniz.
Əgər printeri ev şəbəkəsində istifadə edirsinizsə, giriş nöqtəsinin DHCP funksiyasından istifadə edərkən printerin IP ünvanının parametrini "Avtomatik" olaraq sazlayın. Əgər printerin IP ünvanını sazlamaq üçün "Əllə" istifadə etmək istəyirsinizsə, IP ünvanını və altşəbəkə şablonunu sazlamaq üçün aşağıdakılara baxın.
  1. PC-ə qoşulu olan yönəldici (və ya giriş nöqtəsi) üçün IP ünvanını yoxlayın. Təfərrüatlar üçün yönəldicinin (və ya giriş nöqtəsinin) istifadə kitabçasına baxın.
  2. Bütün IP ünvanları dörd ədədi dəyərlərlən ibarət seqmentlərlə yazılıb (IPv4 üçün). Son seqmentdə 1-dən 254-ə qədər unikal ədədi dəyər sazlayın. (Yönəldici DHCP serveri olduqda və ya ev şəbəkəsində başqa DHCP serveri olduqda, DHCP serveri tərəfindən təyin edilən IP ünvanı ilə zidd olmayan dəyər daxil edin.)
Sazlama nümunəsi:
Yönəldici (və ya giriş nöqtəsi) üçün IP ünvanı: 192.168.1.1
Printerdə sazlama nümunəsi: 192.168.1.3
Əgər printerinizi kiçik miqyaslı şəbəkədə istifadə edirsinizsə, bütün şəbəkə cihazları üçün altşəbəkə şablonu olaraq 255.255.255.0 təyin edilib. Həmçinin, şlüz giriş nöqtəsinin IP ünvanı ilə eyni dəyərdən istifadə edir.

Yuxarı

Şəbəkə mühiti haqqında

Şəbəkə statusu/qoşulma yoxlaması hesabatı kimi aşağıdakı mesajlar da şəbəkə mühitinizdə hansı ünsürlərin düzəldilməsi gərəkdiyini sizə bildirmək üçün göstərilir.
Mesajlar Həllər
*Signal strength is low. (*Siqnal gücü zəifdir.) If you have problems printing or scanning, improve your wireless network environment. (Əgər çap etmək və ya skanlamaqda problemlər yaşayırsınızsa, simsiz şəbəkə mühitinizi yaxşılaşdırın.) Zəif siqnal olduğindan ötrü çap sürəti zəif ola bilər və ya çap işi dayana bilər.
Mühiti yaxşılaşdırmaq üçün aşağıdakıları həyata keçirin:
  • Printeri giriş nöqtəsinə yaxın yerləşdirin
  • Giriş nöqtəsi və printer arasndakı bütün maneələri yığışdırın.
*A router/access point channel conflict has been detected. (*Yönəldici/giriş nöqtəsi kanalı ziddiyyəti aşkarlanıb.) If you have problems printing or scanning, improve your wireless network environment. (Əgər çap etmək və ya skanlamaqda problemlər yaşayırsınızsa, simsiz şəbəkə mühitinizi yaxşılaşdırın.) Siqnal müdaxiləsinə yaxınlıqdakı otaq və ya binalarda istifadə edilən digər simsiz şəbəkələr səbəb ola bilər. Printeri giriş nöqtəsinə yaxın yerləşdirmək mühiti yaxşılaşdıra bilər.
*Signal strength is low. (*Siqnal gücü zəifdir.) A router/access point channel conflict has been detected. (Yönəldici/giriş nöqtəsi kanalı ziddiyyəti aşkarlanıb.) If you have problems printing or scanning, improve your wireless network environment. (Əgər çap etmək və ya skanlamaqda problemlər yaşayırsınızsa, simsiz şəbəkə mühitinizi yaxşılaşdırın.) Zəif siqnal olduğindan ötrü çap sürəti zəif ola bilər və ya çap işi dayana bilər. Siqnal müdaxiləsinə yaxınlıqdakı otaq və ya binalarda istifadə edilən digər simsiz şəbəkələr səbəb ola bilər.
Mühiti yaxşılaşdırmaq üçün aşağıdakıları həyata keçirin:
  • Printeri giriş nöqtəsinə yaxın yerləşdirin
  • Giriş nöqtəsi və printer arasndakı bütün maneələri yığışdırın.
*Multiple network names (SSID) that match your entered network name (SSID) have been detected. (*Şəbəkə adına (SSID) uyğun olan çoxlu şəbəkə adları (SSID) aşkarlanıb.) Confirm network name (SSID). (Şəbəkə adını təsdiqləyin (SSID).) Siz fərqli giriş nöqtəsi ilə qoşulursunuz.
Aşağıdakıları sınayın:
Qoşulmaq istədiyiniz giriş nöqtəsinin SSID dəyişin və daha sonra printeriniz üçün yenidən şəbəkə quraşdırmasını həyata keçirin.
*No more devices can be connected. (*Daha artıq cihaz qoşula bilməz.) Disconnect one of the connected devices if you want to add another one. (Başqa cihaz qoşmaq istəyirsinizsə, qoşulu cihazlardan birini ayırın.) Əgər yeni bir cihaz əlavə etmək istəyirsinizsə, cihazın Wi-Fi parametrlərindən istifadə edərək mövcud cihazlardan birini və ya printerinizin şifrəsini dəyişərək bütün cihazları ayırın.

Yuxarı