Network Connection (Şəbəkə Əlaqəsi) Hesabatı üçün Nasazlıqların aradan qaldırılması

Wi-Fi qoşulması üçün

Ethernet Əlaqəsi

Şəbəkənizin statusunu və ya əlaqə problemlərini necə həll etməli

  1. Çap etdiyiniz Network Connection (Şəbəkə Əlaqəsi) Hesabatına baxın. A-dakı (Check Network Connection (Şəbəkə Əlaqəsini Yoxla)), statusun FAIL (SƏHV) göstərdiyi elementləri yoxlayın.
  2. Elementləri Yoxla siyahısında, həll yollarını görmək üçün FAIL (SƏHV) göstərən elementlərə klikləyin.
  3. B-də göstərilən mesajı yoxlayın və hər Bəndi Yoxla altında eyni mesaj üçün baxın. Daha sonra həll yollarını izləyin.


Elementləri Yoxla

Mesajlar və həll yollarına getmək üçün aşağıdakı elementlərə klikləyin.
  1. Ethernet Cable Connection Check (Ethernet Kabel Əlaqəsinin Yoxlanması)
  2. IP Address Check (IP Ünvanının Yoxlanması)
  3. Detailed IP Setup Check (Ətraflı IP Quraşdırmasının Yoxlanması)


Yoxlama elementləri üçün mesajlar və həll yolları


1. Ethernet Cable Connection Check (Ethernet Kabel Əlaqəsinin Yoxlanması)

Yox. Mesajlar Həllər
1 Confirm that the network cable is connected and network devices such as hub, router, or access point are turned on. (Şəbələ kabelinin qoşulu olduğundan və birləşdirici, yönləndirici və ya giriş nöqtəsi kimi şəbəkə cihazlarının yanılı olduğundan əmin olun.) Aşağıdakıları yoxlayın:
  • Şəbəkə kabeli printer və ya birləşdirici kimi şəbəkə cihazlarına qoşuludur
  • Birləşdirici kimi şəbəkə cihazları yanılıdır
Şəbəkə kabelinin qoşulu olmasını və düzgün işləməsini yoxlayın.
Siz şəbəkə cihazlarının əməliyyat statusunu birləşdirici kimi qoşulu cihazların şəbəkə portunda status LED-ni yoxlayaraq təsdiqləyə bilərsiniz.

Yuxarı

2. IP Address Check (IP Ünvanının Yoxlanması)

Yox. Mesajlar Həllər
2 Incorrect IP address is assigned to the printer. (Printerə səhv IP təyin edilib.) Confirm IP address setup of the network device (hub, router, or access point). (Şəbəkə cihazının IP ünvanını təsdiqləyin (birləşdirici, yönləndirici və ya giriş nöqtəsi).) Contact your network administrator for assistance. (Kömək üçün şəbəkə inzibatçınıza müraciət edin.) Giriş nöqtəsi üçün DHCP funksiyasının aktiv və ya qeyri-aktiv olmasını yoxlayın. Əgər qeyri-aktiv edilibsə, aktivləşdirin.
Yuxarı

3. Detailed IP Setup Check (Ətraflı IP Quraşdırmasının Yoxlanması)

Yox. Mesajlar Həllər
3 Confirm IP address, subnet mask, and default gateway setup. (IP ünvanı, altşəbəkə şablonu və susmaya görə şlüz quraşdırmasını təsdiqləyin.)
Connection using the EpsonNet Setup is available. (EpsonNet Setup-dan istifadə edərək qoşulma mümkündür.)
Contact your network administrator for assistance. (Kömək üçün şəbəkə inzibatçınıza müraciət edin.)
  1. Aşağıdakıları yoxlayın:
    • Şəbəkədəki digər cihazlar yandırılıb
    • Şəbəkə kabeli düzgün qoşulub
    • Printer üçün əllə təyin edilən şəbəkə ünvanı düzgündür
    • Printer üçün şəbəkə ünvanı digər cihazlar üçün olan ilə eynidir
  2. Əgər şəbəkə ünvanı səhvdirsə, printerin LCD panelindən istifadə edərək düzgün ünvanı təyin edin.
    Əgər printerinizdən istifadə edərək paramterləri dəyişdirə bilməsəniz, EpsonNet Setup-dan istifadə edərək parametrləri sazlayın.
    Sizin mövcud IP ünvanınız, altşəbəkə şablonu və susmaya görə şlüz C-də (Network Status (Şəbəkə Statusunda)) göstərilir.
4 Setup is incomplete. (Quraşdırma natamamdır.) Confirm default gateway setup. (Susmaya görə şlüz quraşdırmasını təsdiqləyin.)
Connection using the EpsonNet Setup is available. (EpsonNet Setup-dan istifadə edərək qoşulma mümkündür.)
Contact your network administrator for assistance. (Kömək üçün şəbəkə inzibatçınıza müraciət edin.)
  1. Aşağıdakıları yoxlayın:
    • Printer üçün əllə təyin edilən susmaya görə şlüz ünvanı düzgündür
    • Susmaya görə şlüz olaraq müəyyən edilən cihaz yandırılıb
    • Şəbəkə kabeli düzgün qoşulub
  2. Əgər susmaya görə şlüz səhvdirsə, printerin LCD panelindən istifadə edərək düzgün ünvanı təyin edin.
    Əgər printerinizdən istifadə edərək paramterləri dəyişdirə bilməsəniz, EpsonNet Setup-dan istifadə edərək parametrləri sazlayın.
    Sizin mövcud susmaya görə şlüz ünvanınız Susmaya görə Şlüz altında C-də (Network Status (Şəbəkə Statusu)) göstərilib.
5 Confirm the connection and network setup of the PC or other device. (Qoşulmanı və PC və ya digər cihazın şəbəkə quraşdırmasını təsdiqləyin.)
Connection using the EpsonNet Setup is available. (EpsonNet Setup-dan istifadə edərək qoşulma mümkündür.)
Contact your network administrator for assistance. (Kömək üçün şəbəkə inzibatçınıza müraciət edin.)
  1. Aşağıdakıları yoxlayın:
    • Şəbəkədəki digər cihazlar yandırılıb
    • Şəbəkə kabeli düzgün qoşulub
    • Printer üçün əllə təyin edilən şəbəkə ünvanı düzgündür
    • Printer üçün şəbəkə ünvanı digər cihazlar üçün olan ilə eynidir
  2. Əgər siz yuxarıdakı elementlərin hamısını yoxlamısınızsa, aşağıdakıları sınayın:
    • Printerlə eyni şəbəkədən istifadə edən PC-də EpsonNet Setup başladın. Printeriniz printer siyahında varsa, IP ünvanı quraşdırma pəncərəsində printer üçün IP ünvanını təyin edin.
Printerin IP ünvanını yoxlayın və şəbəkə printerinin şəbəkədəki digər cihazları gördüyündən əmin olun. Bəzi hallarda səhv müəyyən edilə bilmir. Şəbəkə quraşdırmasını EpsonNet Setup ilə həyata keçirməyinizi tövsiyyə edirik.

Yuxarı