Şəbəkə Bağlantısı Hesabatını Çap Etməklə Çözümlərin Yoxlanması

1 . Kağız yükləyin.

2 . düyməsini basın.

Şəbəkə bağlantısı hesabatında mesajları və xəta kodlarını yoxlayın, sonra isə çözümlərə riayət edin.
a: Xəta kodu
Kod
Çözüm
E-2
E-3
E-7
Giriş nöqtəsinin yanılı olduğundan əmin olun.
Kompüterin və ya digər cihazların birbaşa giriş nöqtəsinə qoşulduğunu yoxlayın.
Printeri giriş nöqtəsinə yaxın yerləşdirin. Onlar arasında olan bütün maneələri aradan qaldırın.
SSID-ni əllə daxil etmisinizsə, düzgün olub-olmadığını yoxlayın. SSID-ni şəbəkə bağlantısı hesabatında Network Statusndan yoxlaya bilərsiniz.
Düymə ilə Qurulma funksiyası ilə şəbəkə bağlantısı qurmaq üçün giriş nöqtəsinin WPS-i dəstəkləməsini yoxlayın. WPS-i dəstəkləmirsə, Düymə ilə Qurulma funksiyası ilə şəbəkə bağlantısı yarada bilməzsiniz.
SSID üçün yalnız ASCII işarələrinin (hərf və rəqəm işarə və simvollarının) istifadə edildiyini yoxlayın. Printer ASCII işarələrindən fərqli hər hansı işarənin olduğu SSID-ni göstərə bilməz.
Giriş nöqtəsinə qoşulmazdan əvvəl SSID və parolu yoxlayın. Susmaya görə parametrlərlə giriş nöqtəsindən istifadə edirsinizsə, SSID və parol etiketin üzərindədir. SSID və parolu bilmirsinizsə, giriş nöqtəsini qurmuş şəxslə əlaqə saxlayın və ya giriş nöqtəsi ilə təmin edilmiş sənədlərə baxın.
Ağıllı cihazın tizer funksiyası ilə yaranan SSID-yə qoşulmaq istədiyiniz zaman ağıllı cihazla təmin edilmiş sənədlərdəki SSID və parolu yoxlayın.
Wi-Fi bağlantısı qəfildən kəsilərsə, aşağıdakıları yoxlayın. Bunlardan hər hansı biri müvafiqdirsə, təchiz edilən proqram təminatı diski və ya vebsaytdan endirilmiş proqram təminatı ilə şəbəkə parametrlərini sıfırlayın.
http://epson.sn > Quraşdırma
Şəbəkəyə başqa Wi-Fi cihazı Düymə ilə Qurulma funksiyası ilə əlavə edildi.
Wi-Fi şəbəkəsi Düymə ilə Qurulmadan fərqli hər hansı metodla quraşdırılıb.
E-5
Giriş nöqtəsinin təhlükəsizlik növünün aşağıdakılardan birinə qurulduğundan əmin olun. Qurulmayıbsa, giriş nöqtəsindəki təhlükəsizlik növünü dəyişdirin, sonra isə printerin şəbəkə parametrlərini sıfırlayın.
WEP-64 bit (40 bit)
WEP-128 bit (104 bit)
WPA PSK (TKIP/AES)*
WPA2 PSK (TKIP/AES)*
WPA (TKIP/AES)
WPA2 (TKIP/AES)
*: WPA PSK həm də WPA Şəxsi kimi tanınır. WPA2 PSK həm də WPA2 Şəxsi kimi tanınır.
E-6
MAC ünvanı filtrlənməsinin qeyri-aktiv olduğunu yoxlayın. Aktivdirsə, printerin MAC ünvanını qeydiyyatdan keçirin ki, filtrlənməsin. Ətraflı məlumat almaq üçün giriş nöqtəsi ilə təmin edilmiş sənədlərə baxın. Printerin MAC ünvanını şəbəkə bağlantısı hesabatında Network Statusnda yoxlaya bilərsiniz.
Giriş nöqtəsinin ortaq əsillik yoxlaması WEP təhlükəsizlik üsulunda aktivləşdirilibsə, əsillik yoxlama açarı və indeksin düzgünlüyünü yoxlayın.
E-8
Printerin IP Ünvanını Əldə Et parametri Avtomatik kimi qurulduqda giriş nöqtəsində DHCP-ni aktivləşdirin.
Printerin IP Ünvanını Əldə Et parametri Əl ilə kimi qurulubsa, əllə qurduğunuz IP ünvanı diapazondan kənardır (məsələn: 0.0.0.0) və qeyri-aktivdir. Printerin idarəetmə panelində və ya IP-də düzgün Web Config ünvanı təyin edin.
E-9
Aşağıdakıları yoxlayın.
Cihazlar yandırılıb.
Printerə qoşmaq istədiyiniz cihazlardan eyni şəbəkədəki internetə və digər kompüter və ya şəbəkə cihazlarına daxil ola bilərsiniz.
Yuxarıdakıları yoxladıqdan sonra hələ də işləmirsə, quraşdırıcı vasitəsilə şəbəkə parametrlərini sıfırlayın. Onu təchiz edilən proqram təminatı diski və ya vebsaytdan endirilmiş proqram təminatı ilə işlədə bilərsiniz.
http://epson.sn > Quraşdırma
E-10
Aşağıdakıları yoxlayın.
Şəbəkədəki digər cihazlar yandırılıb.
Printerin IP Ünvanı Əldə Et parametrini Əl ilə kimi qurmusunuzsa, şəbəkə ünvanları (IP ünvanı, alt şəbəkə maskası və susmaya görə şlüz) düzgündür.
Bunlar düzgündürsə, şəbəkə ünvanını sıfırlayın. IP ünvanını, alt şəbəkə maskası və susmaya görə şlüzü şəbəkə bağlantısı hesabatındakı Network Statusnda yoxlaya bilərsiniz.
DHCP aktiv olarkən printerin IP Ünvanı Əldə Et parametrini Avtomatik olaraq dəyişdirin. IP ünvanını əllə qurmaq istəyirsinizə, giriş nöqtəsinin IP ünvanını yoxlayın, sonra isə printerin idarəetmə panelində və ya Web Config-də Əl ilə seçin. Alt şəbəkə maskasını [255.255.255.0] kimi qurun.
E-11
Aşağıdakıları yoxlayın.
Printerin TCP/IP Quraşdırmasını Əl ilə kimi qurduğunuz zaman susmaya görə şlüz ünvanı düzgündür.
Susmaya görə şlüz olaraq qurulmuş cihaz yandırılıb.
Düzgün susmaya görə şlüz ünvanı qurun. Susmaya görə şlüz ünvanını printerin idarəetmə panelindəki şəbəkə statusu ekranından, Web Config şəbəkə bağlantısı hesabatını və ya şəbəkə statusu vərəqini çap etməklə yoxlaya bilərsiniz.
E-12
Aşağıdakıları yoxlayın.
Şəbəkədəki digər cihazlar yandırılıb.
Şəbəkə ünvanları (IP ünvanı, alt şəbəkə maskası və susmaya görə şlüz) onları əllə daxil edirsinizsə, düzgündürlər.
Digər cihazlar (alt şəbəkə maskası və susmaya görə şlüz) üçün şəbəkə ünvanları eynidir.
IP ünvanı digər cihazlarla ziddiyyət təşkil etmir.
Yuxarıdakıları yoxladıqdan sonra hələ də işləmirsə, aşağıdakıları sınayın.
Təchiz edilən proqram təminatı diski və ya vebsaytdan endirilmiş proqram təminatı vasitəsilə printerlə eyni şəbəkədə olan kompüterdə şəbəkə parametrlərini qurun.
http://epson.sn > Quraşdırma
Siz WEP təhlükəsizlik növündən istifadə edən giriş nöqtəsində bir neçə parolu qeydiyyatdan keçirə bilərsiniz. Bir neçə parol qeydiyyatdan keçirilibsə, birinci qeydiyyatdan keçirilmiş parolun printerdə qurulduğunu yoxlayın.
E-13
Aşağıdakıları yoxlayın.
Giriş nöqtəsi, birləşdirici və ruter kimi şəbəkə cihazları yanılıdır.
Şəbəkə cihazları üçün TCP/IP Quraşdırması əllə qurulmayıb. (Printerin TCP/IP Quraşdırması avtomatik, digər şəbəkə cihazları üçün isə TCP/IP Quraşdırması əllə qurulursa, printerin şəbəkəsi digər cihazlar üçün şəbəkədən fərqlənə bilər.)
Yuxarıdakıları yoxladıqdan sonra hələ də işləmirsə, aşağıdakıları sınayın.
Təchiz edilən proqram təminatı diski və ya vebsaytdan endirilmiş proqram təminatı vasitəsilə printerlə eyni şəbəkədə olan kompüterdə şəbəkə parametrlərini qurun.
http://epson.sn > Quraşdırma
Siz WEP təhlükəsizlik növündən istifadə edən giriş nöqtəsində bir neçə parolu qeydiyyatdan keçirə bilərsiniz. Bir neçə parol qeydiyyatdan keçirilibsə, birinci qeydiyyatdan keçirilmiş parolun printerdə qurulduğunu yoxlayın.
b: Şəbəkə Mühitindəki mesajlar
Mesaj
Çözüm
*Multiple network names (SSID) that match your entered network name (SSID) have been detected. Confirm network name (SSID).
Eyni SSID bir neçə giriş nöqtəsində qurula bilər. Giriş nöqtələrindəki parametrləri yoxlayın və SSID-ni dəyişdirin.
The Wi-Fi environment needs to be improved. Turn the wireless router off and then turn it on. If the connection does not improve, see the documentation for the wireless router.
Printeri giriş nöqtəsinə yaxınlaşdırdıqdan və onların arasındakı hər hansı maneəni yığışdırdıqdan sonra, giriş nöqtəsini yandırın. Hələ də qoşulmursa, giriş nöqtəsi ilə təmin edilmiş sənədlərə baxın.
*No more devices can be connected. Disconnect one of the connected devices if you want to add another one.
Sadə AP rejimində eyni zamanda dördə qədər Wi-Fi cihazını qoşa bilərsiniz. Digər Wi-Fi cihazını əlavə etmək üçün əvvəlcə qoşulmuş Wi-Fi cihazlarından birini bağlantıdan ayırın.